İnsanlara hürriyət, millətlərə istiqlal!

G7 razılaşdı, G20 isə bölündü - Üzv ölkələrin mövqeyi NECƏDİR?

ABŞ, Almaniya, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin liderləri bir ildir Rusiyanın işğalı altında olan Ukraynaya dəstəklərini bir daha bəyan ediblər.

Musavat.com xəbər verir ki, G7 ölkələri Ukrayna hökumətinin ehtiyaclarına uyğun olaraq 2023-cü il üçün iqtisadi dəstək öhdəliyini 39 milyard dollara çatdırıb.

Hindistanın Banqaluru şəhərində keçirilən G20 Maliyyə Nazirləri və Mərkəzi Bank Rəhbərləri Sammitində isə Çinin mövqeyinə görə birgə bəyanat verilə bilməyib.

G20-nin Hindistan sədrliyi iclasda "üzvlərin əksəriyyətinin Ukraynadakı müharibəni qətiyyətlə pislədiyini", "vəziyyət və sanksiyalara dair müxtəlif qiymətləndirmələrin" olduğunu bildirən xülasə yayımlayıb.

Qeyd edək ki, Çinin müharibədə Rusiyanı dəstəkləməsi və Kreml ordusunu silahla təmin edəcəyi barədə narahatlıqlar artır. Ötən həftə Putinin Çinin yüksək səviyyəli diplomatı, Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Xarici Əlaqələr Komissiyasının direktoru Vanq Yi ilə görüşü böhranı daha da dərinləşdirib.

Görüşdən sonra NATO-nun baş katibi Yens Stoltenberq hərbi ittifaqın Çinin Ukraynadakı müharibəsində Rusiyaya dəstək verməyi planlaşdırdığına dair "bəzi əlamətlər" gördüyünü deyib və Pekini beynəlxalq hüququ pozacaq addımdan əl çəkməyə çağırıb.

Digər tərəfdən Çinin Xarici İşlər Nazirliyi Ukraynadakı müharibənin siyasi həlli ilə bağlı 12 bəndlik sənəd dərc edib. Pekinin Ukraynada müharibəyə son qoymaq barədə çağırışından sonra Ukrayna prezidenti Vladimir Zelenski Çin prezidenti Xi Jinpinlə görüşmək istədiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR