İnsanlara hürriyət, millətlərə istiqlal!

G7 ölkələrinin Mərkəzi Asiyaya 200 milyardlıq yatırım istəyi

G7 ölkələri Mərkəzi Asiyada infrastruktur layihələrinə 200 milyard dollara qədər sərmayə qoymağa hazırdır.

Musavat.com Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qlobal İnfrastruktur və İnvestisiya üzrə Tərəfdaşlıq Proqramının xüsusi koordinatoru vəzifəsini icra edən Helaina Matza Astanada məlumat açıqlayıb.

Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, ölkə belə layihələrin həyata keçirilməsi üçün əsas istiqamətlərdən biridir.

Qazaxıstan xarici işlər nazirinin müavini Nazirə Nurbayeva ilə görüşən Matza proqramın əsas məqsədinin dünyada ərzaq və enerji təhlükəsizliyini təmin etmək üçün təchizat zəncirlərinin gücləndirilməsi və şaxələndirilməsi olduğunu bildirib.

Mətbuat xidmətinin məlumatına görə, tərəflər mühüm infrastruktur layihələrinin həyata keçirilməsi və iqtisadi əlaqələrin gücləndirilməsi üçün əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR