Onlayn ictimai-siyasi qəzet
Braziliya A seriyasında keçirilən "Qremio" - "Korintians" matçında baş verənlər dünya futbolunun gündəminə bomba kimi düşüb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "Korintians"ın meneceri Alessandro Nunes və onunla birlikdə bir neçə klub işçisi qırmızı vərəqə qərarına qəzəblənərək VAR otağına daxil olmağa çalışıblar. Onların qarşısı işçilər tərəfindən alınıb.
Sözügedən şəxslər həmin anları lentə alan mətbuat mənsublarına da hücum edib.
Məlumata görə, "Qremio"nun futbolçusu Joa Pedro ilə ikili mübarizə aparan "Korintians"ın futbolçusu Matheus Bidu yerə yıxılıb. "Korintians" penalti gözləyərkən hakim "Davam" əmri verib. "Qremio" əks hücumda Lukas Besozzi ilə şans əldə etmək fürsətində olsa da, rəqib komandanın oyunçusu - Bruno Mendezin müdaxiləsi ilə dayandırılıb. VAR xəbərdarlığından sonra Mendez qırmızı vərəqə alıb. Bu qərar "Korintians"ın meneceri Alessandro Nunes və bir neçə klub işçisinin qəzəblənməsinə səbəb olub.
Sözügedən görüntüləri təqdim edirik:
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ