Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında iştirak etmək üçün Xankəndiyə səfər edəcək.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun yayıb.
Altunun sözlərinə görə, “Davamlı və İqlimə Dayanıqlı Gələcək üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Yeni Baxışı” mövzusunda baş tutacaq toplantıda iqlim dəyişiklikləri, ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat marşrutları və təşkilatda nəzərdə tutulan islahatlar müzakirə olunacaq.
Prezident Ərdoğan toplantıda çıxış edəcək, eləcə də iştirakçı dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək. Zirvə görüşündə təşkilata üzv dövlətlərlə yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti də daxil olmaqla, müşahidəçi ölkələrin və beynəlxalq təşkilatların təmsilçiləri də yer alacaq.
Musavat.com
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ