Onlayn ictimai-siyasi qəzet
İnfluenser Nəzrin Nəcəfova müğənni həyat yoldaşı Mərdan Kazımovla bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, Nəzrin Mərdanın ad gününə təbrik yazıb:
“Sevgilim, doğum günün mübarək! İstədim, səni bu neçə ildə birlikdə keçirdiyimiz ən gözəl anlardan olan kadrlarla təbrik edim. Əslində onların hamısını buraya yığsam, yerləşməz, ona görə də ən sevdiklərimdən qoydum. Yaxşı ki, varımsan! Həmişə var ol, mənimlə ol! Yeni yaşın sənə çoox uğurlu gəlsin. Birlikdə neçə gözəl və yaddaqalan xatirələrimizin olması diləyi ilə, səni çox sevirəm!”
Qeyd edək ki, Xalq artisti Mələkxanım Eyubovanın influenser və rəssam qızı Nəzrin Nəcəfova ilə müğənni Mərdan Kazımov ötən il ailə qurub.
Könül
Musavat.com
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ