Onlayn ictimai-siyasi qəzet
“Rus dilini bilməliyik, amma danışmamalıyıq. Dili ona görə bilməliyik ki, televiziyada bizim haqqmızda nələr danışıldığını anlayaq. Yeni tendesiyanı anlamaq üçün bizə rus dili lazımdır”
Musavat.com xəbər verir ki, bu sözləri aparıcı Ulvira Qarayeva “Qapqara” layihəsində deyib.
O, rus dili ətrafında yaşanan müzakirələrə belə münasibət bildirib:
“Azərbaycan dili ilə rus dili arasında fərqlər nə qədər çoxdursa, rus dili ilə ingilis dili arasında da fərq o qədərdir. Gəlin, ingilis dilini bilək. Mən rus dilini bilirəm, bəzən danışıram. Amma gündəlik danışıq dilim Azərbaycan dilidir.
Azərbaycan dilini populyarlaşdırmaq əsas məsələmiz olmalıdır. Azərbaycan dilində çox və həmişə danışmalıyıq. Dilimizə sayqını artırmalıyıq. Gündəlik həyatımızda rus dilinə yer verməməliyik”.
Könül
Musavat.com
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ