Onlayn ictimai-siyasi qəzet
Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli vətənə qayıdıb.
Oxu.Az xəbər verir ki, o, həm də qapıçılar üzrə məşqçi postunu tutduğu Qazaxıstanın "Astana" klubunu tərk edib.
Hüseynli "Araz-Naxçıvan"a qayıtmağa hazırlaşır. Hazırda tərəflər arasında danışıqlar gedir.
Keçidin yaxın günlərdə baş tutacağı gözlənilir. Xatırladaq ki, 34 yaşlı qolkiper son 3 ildə Qazaxıstan çempionatında çıxış edib.
17 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ