Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanda çağırışçıların banklardan və mikromaliyyə təşkilatlarından yeni kreditlər götürməsi qadağan olunacaq - bu qayda Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin yeni qərar layihəsində nəzərdə tutulub,
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, layihəyə əsasən, Müdafiə Nazirliyi hərbi xidmət keçənlərlə bağlı məlumatları kredit bürolarına ötürəcək.
Bu məlumat hər bir hərbi qulluqçunun kredit hesabatına daxil ediləcək. Bank və ya mikromaliyyə təşkilatı kredit müraciətinə baxarkən hərbi xidmət haqqında qeyd görsə, onlardan kredit verməkdən imtina etmələri tələb olunacaq.
Xidmətdən çıxarıldıqdan sonra bu qeyd kredit hesabatından silinir.
2024-cü ildə Qazaxıstan ordusuna 40 min nəfər çağırılıb və onların yarısından çoxunun - 22,4 min nəfərinin krediti var.
Musavat.com
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ