İnsanlara hürriyət, millətlərə istiqlal!

FTB araşdırma apardı və FTB-ni ifşa etdi - İLGİNC OLAY

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) İsrailin NSO şirkətinin qeyri-qanuni casus proqramının sifarişçisini müəyyən etməyə müvəffəq olub - onun FTB olduğu üzə çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti məqalə dərc edib.

2023-cü ilin aprelində qəzet açıqlayıb ki, “Riva Networks” agentliyi ABŞ-ın hansısa bir qurumunun sifarişini yerinə yetirmək üçün NSO-nun “Landmark” proqram təminatını qeyri-qanuni olaraq əldə edib və ondan yararlanıb. Daha sonra ABŞ-ın prezident administrasiyası FTB-yə insidentin araşdırılmasını tapşırıb. Məlum olub ki, sifarişçi elə FTB-nin özüdür. Büro “Riva Networks” şirkətinin ölkədə qeyri-qanuni olan NSO proqram təminatından istifadə etdiyini bilmədiklərini bildirib və bundan xəbər tutan kimi şirkətlə müqaviləni ləğv edib.

Federal Təhqiqatlar Bürosunun iddiasına görə, o, “Riva”ya Meksikada qeydə alınmış bir neçə telefon nömrəsi verib və tapşırıb ki, onları izləmək lazımdır.

“Nyu-York Tayms”ın yazdığına görə, “Riva Networks”un ABŞ-ın Müdafiə Nazirliyi, Narkotiklərlə mübarizə idarəsi (DEA) və hərbi hava qüvvələrinin tədqiqat laboratoriyası kimi digər agentlikləri ilə də müqavilələri var. Eyni zamanda, DEA NSO-nun rəqibi “Paragon Graphite” alətindən istifadə edir və bu, a iMessage vasitəsilə hədəfə aınmış adamın “iPhone”unu sındırmağa imkan verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR