İnsanlara hürriyət, millətlərə istiqlal!

“Freedom House” və “Amnesty İnternational”ın Bakıya qarşı növbəti qərəzi

Azərbaycan yenə azad olmayan ölkələr sırasında...

“Freedom House” təşkilatı dünya ölkələrində azadlıq vəziyyəti haqqında hesabatını dərc edib. Təşkilat Azərbaycanla bağlı növbəti dəfə qərəzli mövqe ortaya qoyub. Azərbaycan qeyri-azad ölkələr sırasına aid edilib. Hesabatda heyrət doğuran odur ki, ikinci bölmədə dünyanın 70 ölkəsində internet azadlığının səviyyəsi qiymətləndirilir. Burada da Azərbaycan qeyri-azad ölkələr arasındadır. Hesabatda qeyd edilir ki, Azərbaycanda internetin azadlığı pisləşib və dövlət əvvəlki kimi informasiya, kommunikasiya texnologiyaları sektoruna nəzarət edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Freedom House” təşkilatını bundan əvvəlki mövqelərinə görə qərəzli və ermənipərəst adlandırıb ki, indi də göründüyü kimi, təşkilatın mövqeyində heç bir dəyişiklik yoxdur. “Amnesty International” hüquq-müdafiə təşkilatı da  illik hesabatında Azərbaycan hökumətini tənqid edənlərə qarşı təqiblərin, onlara təzyiqlərin, dinc etirazların dağıdılmasının davam etdiyini göstərib.

Züriyə Qarayeva: Azərbaycanın etibarlı tərəfdaş olduğunun göstəricisidir -  Millixəbər İnformasiya Portalı

 Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva bu təşkilatları bu cür ifşa etdi: ““Freedom House” heç bir nüfuzu olmayan təşkilatdır və obyektiv yanaşma ortaya qoymadığı bundan öncəki hesabatlarında da təsdiqlənib. Azərbaycanda əlbəttə ki, problemlər var, amma bu, o səviyyədə deyil ki, Azərbaycan azad olmayan ölkələr siyahısında yer alsın. Üstəlik, Cənubi Qafqazda yalnız Azərbaycanın adı bu siyahıda yer alıb. Bu təşkilatların qərəzli olduğunu açıq-aşkar ortaya qoyan bir məqam odur ki, Ermənistan indiyə qədər işğalçı dövlət olaraq heç vaxt siyahıya salınmayıb. Bu dövlətin mülki insanlara qarşı törətdiyi bəşəri cinayətlərə heç vaxt toxunulmaması hesabatı hazırlayan mənbələrin hansı qüvvələrin təsiri altında olduğunu ortaya qoyur. Amerika kimi demokratik hesab edilən dövlətdə saysız-hesabsız insan haqları pozulmaları baş verir. Nəyə görə müvafiq qurumlar hesabatlara daxil edilmir? Məsələyə belə yanaşma qətiyyən yolverilməzdir. Belə addımlar davam etdikcə, bu təşkilatlar əhəmiyyətini və etibarlılığını itirir".

Novella Cəfəroğlu cəbhəyə getmək istəyir » Reyting.az

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu həmin təşkilatları ölkəmizə dəvət etdi: “Hüquq müdafiəçisi kimi deyim ki, onlardan Bakıya gəlmələrini xahiş edirəm, gəlsinlər,  görüşsünlər, internetimizə, yazışmalarımıza baxsınlar. Onda nə qədər qərəzli olduqlarını anlayacaqlar. Biz də onları ermənilərin dağıtdığı Ağdam və digər ərazilərimizə apararıq. Demokratlar hər yerə Ukraynanı car çəkirlər, düz də edirlər, amma nəzərə alaq ki, son 30 ildə bir dəfə də bizə dəstək olmayıblar. Bircə gəlsinlər, nə istəyirlərsə göstərək. İnsan haqlarından tutmuş digər məsələlərə qədər izah edə bilərik”.

Osman Gündüz: “Yeni təhlükəsizlik tədbirləri görülməlidir”

 Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu yanaşmanı ədalətsiz sayır: “Azərbaycanda internet azadlığının pisləşdiyini düşünmürəm. Doğrudur, ölkəmizdə internetin problemləri var. Bu problemlər daha çox ekonomik xarakterlidir. Keyfiyyətli internetə əlçatanlıq, daha keyfiyyətlisinə nail olmaq mümkündür. Düşünürəm ki, internetin istifadəsinə vurğu vursalar-hansı ki, bunu etməyiblər-daha doğru olardı. Amma Azərbaycanı internet azadlığı olmayan ölkələr sırasına daxil etmələri doğru yanaşma deyil. Bizim ölkəmizə qarşı ədalətli yanaşma sərgilənmir. Azərbaycan buna layiq deyil. Biz də internetdə problemlərin olduğunu dilə gətiririk. İnternet resurslarının bağlanması ilə bağlı qanunvericilik var. Baxın, bunun təkmilləşdirilməsinə ehtiyac görülür. Məhkəmə qərarı olmadan da internet resursu bağladıla bilir. Bu da qüsurludur. Bu məsələlərə diqqət yetirmək, bunları qabartmaq daha doğru olardı, nəinki azadlıqla bağlı onu məhdudlaşdıran müddəa qeyd etmək. Hesab edirəm ki, ifrat dərəcədə sərt və müəyyən qədər ədalətsiz yanaşmadır”.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » YeniSözçü qəzeti

Natiq Cəfərli 

REAL-ın İdarə Heyətinin üzvü Natiq Cəfərli isə bunları dedi: “Bu məsələ indikatorlara görə müəyyən edilir. Təbii ki, Azərbaycanla bağlı burada yanlışlığa yol verilə bilər. Müəyyən doğruların olması da mümkündür. Azərbaycan hökuməti bu təşkilatlarla yaxından işləyəndə daha yaxşı nəticələr əldə edib. Məsələn, 44 günlük savaşda hər iki təşkilatı ölkəyə buraxdı və bu, çox doğru bir qərar idi. Həmin təşkilatın nümayəndələri bombalanan Gəncə, Bərdə və Tərtər kimi bölgələrdə oldular. Nəticə etibarilə yaxşı hesabatlar yazıldı, doğrular ifadə olundu. Biz çalışmalıyıq ki, bu təşkilatlarla daha yaxından işləyək, bu tipli hesabatlarda qərəzli mövqelərin olmasının qarşısını alaq. Qərəzli münasibətinin olmaması üçün həmin təşkilatları tez-tez ölkəmizə dəvət etmək lazımdır. Azərbaycandakı prosesləri öz gözləri ilə görməlidirlər. Azərbaycanda söz, insan azadlığı ilə bağlı müəyyən problemlər olsa da, amma bəzi ölkələrə, hətta postsovet dövlətlərinə nisbətən  vəziyyət qənaətbəxşdir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR