İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransız öpüşü” və ermənilərin xoşlamadığı sual

Ermənistan cəmiyyətində müharibə xofu güclənib. “Qallup” beynəlxaq şirkətinin keçirdiyi və adını “Fransız öpüşü” (!) qoyduğu son rəy sorğusundan bu qənaət hasil olur. Respondentlərin 80%-i növbəti böyük hərbi qarşıdurmanın olacağına əmindir.

Dəqiq rəqəmlər isə belədir: “Yaxın gələcəkdə müharibə təhlükəsini görürsünüzmü” sualına rəyi soruşulanların 55,1 %-i “mütləq”, 25,5 %-i “olacaq”, 9,8 %-i “yəqin ki, yox”, 7,2 %-i “qətiyyən yox” cavabını veriblər.

Nəticələr haqda danışan şirkət nümayəndəsi Aram Navasardyan deyib ki, ermənilərin 23,2%-i Hindistandan, 21,9%-i Rusiyadan, 15,9%-i İrandan, 13,7%-i ABŞ-dan, 4,9%-i isə Çindən hərbi-siyasi kömək gözləyir...

Yəni mənfur tayfa hamıdan, özü də bir-birinə qənim kəsilmiş və hələ uzun müddət amansız qarşıdurma şəraitində olacaq güclərdən - Rusiya, ABŞ və İrandan eyni vaxtda mədət umur. Ki, yenə “zibil” qaynatsınlar, amma həmin zibili onların yerinə başaqları təmizləsin, “şabalıdları oddan” başqaları çıxarsın.

Kəsəsi, bir-birinə düşmən olsalar da, “əzabkeş xalq” naminə hamı bir araya gəlməlidir. “Miatsum” sevdasına həm Rusiya və onu bölgədən çıxarmağa çalışan ABŞ, həm İran və onu regionda blokadaya almaq istəyən Amerika töhfə verməlidir. Zay məxluqata görə hamı “çəkicləri” bir “zindana” vurmalıdır.

Nə deyəsən indi buna - erməni bicliyi, yoxsa erməni gicliyi?..

Təəssüf ki, “Qallup” sorğu zamanı “Qafqaz qaraçıları”na (müqayisə üçün qaraçılardan üzr istəyirik) əsas sualı ünvanlamayıb: “Özgə torpağa göz dikdiyinizə görə başınıza gələnlərdən bezmədinizmi?” Cavabları eşitmək çox maraqlı olardı.

“Canavardan qorxan meşəyə getməz” buyurub müdriklər. Nə qədər yazar, xəbərdarlıq edərlər, müharibə istəməyən xalq öncə qapıbir qonşularla dil tapar, onlarla dinc-yanaşı yaşamağın yolunu öyrənər. Azərbaycan kimi.

Formul, resept bəlli və 4 ildir masada.

Bəs nəyi gözləyir haylar? Yox, xain qonşuların könlündən barışıq keçmirsə, sülh istəkləri və məramları yoxsa, onda özlərindən küssünlər. O zaman heç bir uzaq “qohum” onların dadına yetişə bilməyəcək...

Məsələ də ondadır ki, regionda yeni müharibə riski, - nə barədə ki, son vaxtlar intensiv danışılmağa başlayıblar, - müstəsna olaraq, Ermənistanın sülh müqaviləsindən yayınmasından qaynaqlanır. Güney Qafqazda müharibə təhlükəsinin tək mənbəyi iqtidarlı-müxalifətli ermənilərin özləri!

Bölgənin ən yoxsul ölkəsi olmasına rəğmən, bu il üçün rekord həcmdə (1.6 milyarda dollar) hərbi büdcə müəyyən edən, dəyəri yüz milyonlarla dollarla ölçülən silah sazişləri imzalayan, Hindistandan, Fransadan dayanmadan hücum silahları və hava sistemləri daşıyan da odur – acından ölən Ermənistan.

O zaman keçirdiyiniz xof məntiqli. Nə qədər ki, kapitulyant ölkənin Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu qan qoxulu konstitusiyası, bu kimi digər normativ-hüquqi sənədlər beynəlxalq hüquqa uyğunlaşdırılmayıb, yəni “miatsum”dan rəsmən imtina olunmayıb, təbii ki, o vaxtadək müharibə “Domokl qılıncı” təki daima Ermənistan və onun cəmiyyətinin başı üzərində asılı qalacaq.

O halda heç bir bahalı, müasir silahlar Ermənistandakı toplumun dincliyi və təhlükəsizliyini təmin edə bilməz. Çünki enində-sonunda iqtisadi-ticari əlaqələr qurmaq, inkişaf etmək üçün yenə əvvəlcə qonşularla anlaşmaq lazım gələcək. 30 illik işğal dönəminin acı təcrübəsi dərs olmadımı? Bunu anlamaq çoxmu zor?

Görünür ki, zor. “Qallup”un sorğusu buna şəkk-şübhə saxlamır...

Siyasət şöbəsi,
Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR