İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

Fransa vətəndaşı Martin Ryan və Azərbaycan vətəndaşı Azad Məmmədlinin cinayət işi üzrə istintaq yekunlaşıb.

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunan cinayət dosyesi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Dosye hakim Elmin Rüstəmovun icraatına verilib. Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunublar. “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.

Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR