Onlayn ictimai-siyasi qəzet
Fransanın “Şampan” adlı hərbi operativ qrupu “Anna Kiyev” adlanan Ukrayna briqadasının təlimini başa çatdırıb.
Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Qeyd olunub ki, 4,500 hərbçidən ibarət olan bu briqada iki aydan artıq müddətdə Fransanın şərq və cənub bölgələrində intensiv hərbi hazırlıq keçib.
Hazırda 2,000-dən çox əsgər son mərhələdədir və tezliklə Ukraynaya qayıdacaq. Fransız rəsmilərinin bildirdiyinə görə, Ukraynada da briqadanın digər əsgərləri üçün təlimlər davam edir.
Briqadanın arsenalına 18 "AMX 10" tank, 18 "Caesar" özüyeriyən artilleriya qurğusu, 128 zirehli personal daşıyıcısı, tank əleyhinə və zenit raket sistemləri, eləcə də digər silah və avadanlıqlar daxildir.
Musavat.com
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ