İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın ədliyyə nazirinə qarşı məhkəmə prosesi başlayıb

Fransa Respublikası Ədliyyə Məhkəməsi (CJR) ədliyyə naziri Erik Düpon-Morettiyə qarşı məhkəmə prosesinin başladığını elan edib.

AZƏRTAC xəbər verir ki, Fransanın ədliyyə naziri vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.

Fransada hakimlərin həmkarlar ittifaqları və “Anticor” antikorrupsiya assosiasiyasının irəli sürdükləri maraqların toqquşması, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı nəticəsində hələ 2021-ci ildə ədliyyə naziri Erik Düpon-Morettiyə qarşı məhkəmə istintaqı başlayıb. Bu gün isə Respublika Ədliyyə Məhkəməsi Fransanın ədliyyə nazirinə qarşı məhkəmə prosesinin başladığını elan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR