İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada səhər qəhvəsi içən qadının üzərinə meteorit düşüb

Fransanın şərqindəki Elzas kəndlərindən birində qadın üzərinə meteorit parçası düşməsi nəticəsində xəsarət alıb.

Musavat.com xarici mediaya istinadla bildirir ki, fransız qadın həmin an rəfiqəsi ilə terrasda oturub qəhvə içirmiş. Onlar əvvəlcə damdan güclü gurultu səsi eşidiblər və sonra damdan bir qədər daş-çınqıl tökülərək qadının sinəsinə dəyib. Zərbələrdən onun qabırğalarında qançır qalıb.

Qadınlar əvvəlcə nə baş verdiyini anlamayıblar, elə biliblər naməlum kiçik heyvan onlara hücum edib. Daha sonra onlar damdan düşən daşı tədqiqatçılara aparıbı. Geoloq Tyerri Rebmanın cavabı həm qurbanı, həm də ictimaiyyəti heyrətləndirib: “Bu günlərdə meteorların müşahidəsi qeyri-adi deyil. Lakin onunla birbaşa təmasda olmaq astronomik cəhətdən nadirdir”, - doktor Rebmann qeyd edib. "Biz bu bölgədə onilliklər ərzində bunu görməmişik".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR