İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada polis zorakılığı- demokratiyadan danışan dövlətin aksiya dözümsüzlüyü- FOTO, VİDEO

 

Yanvarın 20-də Fransada 1 milyondan çox insan pensiya islahatlarına etiraz olaraq küçələrə çıxıb.

Bu barədə Fransa Daxili İşlər Nazirliyi xəbər yayıb. Xəbərdə qeyd olunub ki, nümayişlərdə ümumilikdə 1 milyon 120 min insan iştirak edib. Eyni zamanda, paytaxt Parisdə aksiyalara 80 min insan qatılıb. Təşkilatçılar aksiyaların pensiya yaşının 64-ə qaldırılmasına qarşı etiraz ediblər.

İşin maraqlı tərəfi isə hər zaman demokratiyadan, insan haqlarından danışan Fransanın güc strukturlarının, konkret olaraq polisinin vətəndaşla davranışıdır.

Aksiyalardan yayılan videolardan görünür ki, polis vətəndaşlara hücum edir, onları dəyənəklə döyür, yerdə sürüyür. Videolardan o da görünür ki, polis vətəndaşlara gözyaşardıcı qazdan istifadə edir, aksiyanı sərt şəkildə dağıdır, hətta jurnalistlərin olduğu əraziyə də gözyaşardıcı qaz balonları atmaqdan çəkinmir. Əslində, burada təəccüblü bir şey yoxdur. Bu, Fransa polisinin həmişəki davranışıdır. Daha öncəki aksiya və nümayişlərdə Fransa polisi bundan da sərt davranışlar sərgiləyib. Hüquq-mühafizə sahəsi üzrə fransız mütəxəssis David Düfresn "sarı jilet"lilərin polis zorakılğına məruz qalmasına dair yazısında qeyd edib ki, polisin davranışları gənc nəsil fransızlarda mənfi izlər buraxıb:

“Bordoda polis zorakılığı nəticəsində ağır xəsarət alan 47 yaşlı şəxs serebral qanaxmadan, Tuluzdakı lisey şagirdi isə üz travmasından əziyyət çəkir. Fransa uzun müddətdir ki, qanun və qaydaların qorunduğu nümunəvi ölkə hesab olunurdu. Bunun da sadə bir səbəbi vardı. Bu ölkədə çoxsaylı nümayişçilərlə qarşılaşan polislər öncədən təlimlər keçirdilər və onlar nümayişçilərlə davranışları bilirdilər.

 Lakin bu gün biz tamam başqa bir mənzərənin şahidi oluruq. Fransa polisinin imici zədələndi və artıq Fransa polisi ilə bağlı yaranmış müsbət imic mif hesab olunur”.

Bunu David 2019-cu ildə yazıb. O zamandan bugünə qədər Fransa polisinin nələr etməsinə dair internetdə kiçik axtarış vermək kifayətdir ki, zorakılıqlara dair videolar, fotolar qarşımıza çıxmış olsun… Məsələn, 2020-ci ilin dekabr ayında minlərlə insan Parisdə polis zorakılığı və Prezident Emmanuel Makronun təhlükəsizlik siyasəti planlarına qarşı etiraz keçirmişdi. Onlar deyirdilər ki, Fransa polisi özbaşına fəaliyyət göstərir, vətəndaşlarla kobud davranır, qanunları pozur.

Bu, Fransadır- insan haqlarından danışıb, Qarabağda hüquqlarımızın pozulmasına göz yuman, haqdan danışıb, işğalçı Ermənistana dəstək verən, qanundan danışıb vətəndaşlarını polisə döydürən. Aksiyadan görüntünü təqdim edirik:

Onu da qeyd edək ki, Fransa Həmkarlar İttifaqları yanvar ayı ərzində yeni tətillər və etirazların davam edəcəyini elan edib. Onlar yanvarın 31-də daha bir böyük aksiyanın keçiriləcəyini bəyan ediblər.

 Qeyd olunub ki, nəqliyyat, energetika, təhsil, səhiyyə və bir neçə xidmət sahələrinin işçiləri aksiyaya qoşulublar. Aksiyaçılar qanunun pensiya yaşı ilə bağlı ediləcək dəyişikliyin ləğv edilməcəyi halda aksiyalara davam edəcəyini bildiriblər. Təşkilatçılar ölkənin 200-dən çox şəhərində aksiyaların keçiriləcəyini ehtimal edirlər.

 

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR