İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransada Natəvanın heykəlinə qarşı vandalizm islamofobiyanın təzahürüdür”

Səfir Elşad İskəndərov: “Bu mərhələnin arxasında Fransanın yeni imperiya siyasətinin o cümlədən, Cənubi Qafqaz siyasətinin süqutu sancıları durur”

“Bu gün biz bir qadın, qadın təhsili fədakarı və eyni zamanda bir İslamofobia qurbanın xilasını qeyd edirik. Evian şəhərində vandalizm və qadağaya məruz qalan Xurşidbanu Natəvan xilas edilərək Parisdəki Azərbaycan mədəniyyət mərkəzində yerləşdirilib. Bunun 8 mart qadınlar günündə ərəfəsində baş verməsi dərin rəmzi məna daşıyır”.

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan XİN xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov şənbə günü Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın panelində çıxışı zamanı deyib.

Səfirin sözlərinə görə Natəvanın Evian şəhərindəki heykəlinin vandalizmə məruz qalması Fransada  İslamofobiya ənənəsinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir.

“Bu mərhələnin arxasında Fransanın yeni imperiya siyasətinin o cümlədən, Cənubi Qafqaz siyasətinin süqutu sancıları durur. Azərbaycan Fransa torpağında bir qadın emansipasiyası və eyni zamanda mədəni şovinizm və İslamofobia qurbanı rəmzinə çevrilmiş heykəli xilas etməklə bu siyasətin mənəvi cəhətdən də süquta uğradığını bir daha nümayiş etdirdi” – deyə E.İskəndərov qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR