İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada məşhur xəstəxana kiberhücuma məruz qalıb

“Sud Francilien” xəstəxanası kiberhücuma məruz qalıb. Xəstəxanadan 10 milyon avro tələb olunur.

AZƏRTAC xəbər verir ki, xakerlər Paris yaxınlığındakı “Corbeil –Essones”də yerləşən “Sud Francilien” Xəstəxana Mərkəzinin (CHSF) bütün kompüter şəbəkəsini bloklayıblar və CHSF-dən 10 milyon avro tələb edirlər.

Xəstəxananın təcili yardım fəaliyyəti pozulub, xəstələr yaxınlıqdakı digər xəstəxanalara köçürülüblər. Xəstəxananın bütün iş proqram təminatı, xəstəlik tarixçəsi və xəstələrin qəbulu ilə bağlı məlumatın sistemi əlçatmaz olduğu bildirilir.

Rəqəmsal Cinayətkarlıqla Mübarizə Mərkəzinin (RCMM) jandarmları hücumun arxasında duran qrupun kimliyini müəyyən etməyə çalışırlar. Hazırda şəbəkədə dörd, beş fəal qrup olduğunu deyən RCMM bildirib ki, bu qruplardan biri rusdilli “LockBit”dir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR