Onlayn ictimai-siyasi qəzet
Fransanın qərbində yerləşən La Roşelle liman şəhərində ətraf mühitin müdafiəçiləri və kiçik fermerlərlə polis arasında böyük qarşıdurma yaranıb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, fermer və ekologiya mühafizəçiləri kütləvi suvarma su anbarlarının tikintisinə etiraz edirlər.
Polis hər biri 2 min nəfərdən ibarət iki yürüşdə iştirakçıların üzərinə hücum edib. Etirazçılar zibil qutularından barrikadalar qurublar.
Onlar daha sonra zibil qutularını yandıraraq polislərə qarşı döyüşə başlayıblar. Polis gözyaşardıcı qazdan istifadə edib.
Polisdəki mənbələrin AFP-ə verdiyi məlumata görə, yürüş iştirakçılarından 400-ə yaxını radikal solçular olub. La Roşel prokurorluğu bir polis qadının yanıq xəsarəti aldığını, beş yüngül yaralı nümayişçiyə tibbi yardım göstərildiyini bildirib. Bir neçə mağaza, avtobus dayanacaqları və reklam lövhələri zədələnib və ya talan edilib.
Bir neçə ailə də daxil olmaqla 3000-ə yaxın insanın iştirak etdiyi ikinci, daha dinc yürüş şəhərin mərkəzindən ticarət limanına doğru hərəkət edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ