İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada bir neçə həbsxana naməlum şəxslərin hücumuna məruz qalıb

Aprelin 14-dən 15-nə keçən gecə Fransada bir neçə həbsxana cinayətkar qrupların hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, Bu barədə BFMTV kanalı məlumat yayıb.

Telakanalın yaydığı xəbərə görə, hücum edənlər “istirahət təcridxanalarına avtomat silahlardan atəş açıblar, həmçinin park edilmiş həbsxana gözətçi maşınlarını yandırıblar”.

Marsel, Valens (Drom departamenti) və Tulondakı (Var departamenti) həbs mərkəzləri, digərləri ilə yanaşı hücuma məruz qalıb. Kanalın mənbələrinə görə, bu, “hakimiyyətin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək planlarına cavab olaraq cinayətkar qrupun əlaqələndirilmiş hərəkəti” ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR