İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Ukraynaya 2 milyard avro hərbi yardım ayıracaq

Fransa Ukraynaya 2 milyard avro məbləğində yeni hərbi yardım paketi ayırır.

“Report” xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

“Bu gün Ukraynaya 2 milyard avro məbləğində yeni dəstək paketi barədə elan etmək istərdim. Bu dəstək Ukrayna Silahlı Qüvvələrinin prioritet ehtiyaclarına uyğun olmalıdır”, – Makron söyləyib.

Yardım paketinə MILAN tank əleyhinə raketlər; hava hücumundan müdafiə vasitələri: MICA raketləri; aviasiya üçün raketlər (“Mirage” təyyarələrinin təchizatı); “Mistral” yerüstü müdafiə raketləri; AMX-10RC zirehli maşınları; distant idarə olunanlar da daxil olmaqla döyüş sursatları daxildir.

Həmçinin Fransanın müdafiə müəssisələri ilə əməkdaşlıq çərçivəsində Ukraynada texnika istehsalı maliyyələşdiriləcək.

Xatırladaq ki, Zelenski martın 27-də keçiriləcək təhlükəsizlik sammitinə hazırlıq məqsədilə Parisə səfər edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

29 Mart 2025

BÜTÜN XƏBƏRLƏR