İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa şirkətinin mənfəəti beş dəfə azaldı

Fransanın Air France - KLM aviaşirkəti 2024-cü ilin ikinci rübündə xalis mənfəətini beş dəfə azaldıb.

Musavat.com xəbər verir ki, bu, şirkətin maliyyə hesabatında yer alıb.

Hesabata görə, şirkətin xalis mənfəəti bir il əvvəlki 604 milyon avrodan 121 milyon avroya , əməliyyat mənfəəti 30 faiz azalaraq 733 milyon avrodan 513 milyon avroya düşüb. Olimpiya oyunları ilə bağlı Parisə beynəlxalq reyslərdə sərnişinlərin sayının azalması ilə əlaqədar şirkət 40 milyon avro zərərə düşüb.ş Üçüncü rübdə bu, 150-170 milyon avro aralığında olacağı gözlənilir.

Son rübdə şirkətin gəliri 4,3 faiz artaraq 7,949 milyard avroya çatıb. Şirkətin özünün verdiyi konsensus proqnozuna görə, analitiklər gəliri 7,94 milyard avro, əməliyyat mənfəətini isə 547 milyon avro qiymətləndiriblər.

Ötən rübdə qrupun hava yolları 25,743 milyon sərnişin daşıyıb ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 4,4 faiz çoxdur. Uçuş yüklənməsi dəyişməyib və 87,7 faiz təşkil edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR