İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa şirkəti Uqandada minlərlə insanı evindən edib

Fransanın qeyri-hökumət təşkilatı olan “Yerin dostları” TotalEnergies şirkətinə qarşı Uqandada neft hasilatına görə qaldırılan məhkəmə iddiası üzrə qərardan aspelyasiya şikayəti verib.

Qeyd edək ki, Fransa şirkətinin neft hasilatı zamanı ətraf mühitə zərər vurması iddiası ilə məhkəməyə ilk müraciət 2019-cu ildə olub, məhkəmə onu təmin etməyib. Bu ilin fevralında Paris məhkəməsi ikinci iddiada yetərincə əsasların olmadığını əsas gətirməklə onu da rədd edib. İş üzrə yerli əhalidən olan 26 zərərçəkən, hüquq müdafiəçisi Maksvell Atuxura və 4 assosiasiya iddiaçıdır. Onlar təbii park ərazisində - Kabareqa şəlaləsi və Alberti gölündə icra olunan Tilenga və EACOP layihələrinə qarşı mübarizə aparırlar. İki layihədə 400-dən çox quyunun qazılması və gündəlik 200 min barel neft hasil edilməsi nəzərdə tutulur. Fransa şirkətinin fəaliyyəti nəticəsində minlərlə yerli sakin cüzi miqdarda kompensasiya alaraq öz evlərini tərk etməli olub. İddiaçılar TotalEnergies-i vətəndaş məsuliyyətinə cəlb edərək, yerli əhaliyə yetərincə kompensasiyanın ödənməsinə nail olmağa çalışırlar.

Şirkətin saytında bildirilir ki, layihələrin icrasına Uqanda hökuməti icazə verib, onlar hasilat zamanı dünyada ən az karbon qazı emissiyası səviyyəsinə malikdirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR