Onlayn ictimai-siyasi qəzet
“Kişilər zəncirlənir, qadınlar və uşaqlar gecə yarısı evlərindən çıxarılaraq naməlum istiqamətə aparılır. Fransız müstəmləkəçiliyi nəsildən-nəslə ötürülən travmadır”.
Bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun ev sahibliyi ilə baş tutan “Dekolonizasiya: Səssiz İnqilab” adlı beynəlxalq konfransda iştirak edən “Qvadelupa” Təzminatlar üzrə Beynəlxalq Hərəkatın sədr müavini (Qvadelupa) Çantal İbrahim deyib.
Ç. İbrahim Fransız müstəmləkəçiliyinin acı nəticələrini diqqətə çatdırıb. O bildirib ki, əsrlərdir təkrar olunan zorakılıq səhnələri Qvadelupa xalqının kollektiv yaddaşında sağalmaz izlər buraxıb:
“Onlar evlərin bəndlərini dağıdır. Gecə yarısı döyülən qapıların arxasından qışqırıqlar eşidilir. Yad dillərdə verilən əmrlər hər yerdə təşviş yaradır. Kişilər zəncirlənir, qadınlar və uşaqlar gecə yarısı evlərindən çıxarılaraq naməlum istiqamətdə aparılır. Ertəsi gün evlər boş qalır, şəhərlər sönür, tarlalar tərk edilir. Ayaq izləri və qan ləkələri Avrasiya zorakılığının şahidinə çevrilir. Bu, nəsildən-nəslə ötürülən ilkin travmadır.”
Onun sözlərinə görə, Qvadelupa xalqı verilən iztirablara baxmayaraq azadlıq mübarizəsindən geri çəkilmir:
“Biz işğalçılara müqavimətsiz tabe olmuruq, müstəmləkəçiliyə qarşı azad icmalar quraraq, haqlı üsyan edərək, mədəniyyətimizi qoruyaraq döyüşürük. Kreol dili fransız dilinə baxmayaraq bizi birləşdirən əsas dəyərdir. Rəqslərimiz, mahnılarımız və yaşamaq tərzimiz bizim kimliyimizdir.”
O, dekolonizasiya prosesinin yalnız siyasi deyil, həm də tarixi, mədəni və sosial səviyyələrdə aparılmalı olduğunu vurğulayıb:
“Yadlaşmaya qarşı mübarizəni davam etdirməliyik. Təhsil, təlim, muzeylər və yaddaş məkanları yaratmalıyıq ki, Afrikadan olan insanlar dünyada sərbəst hərəkət edə bilsin. Gənclərimiz öz tarixlərini bilməli, bu tarix onlara özlərini formalaşdırmaq gücü verməlidir.”
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ