Onlayn ictimai-siyasi qəzet
İsrailin "Gideonun Savaş Arabaları 2" əməliyyatı gələn həftə böyük bir hava hücumunu, ardınca isə Qəzza şəhərinin nəzarətini tamamilə ələ keçirmək və fələstinlilərin təxliyəsini nəzərdə tutan quru əməliyyatını əhatə edəcək.
Musavat.com xəbər verir ki, bu barədə İsrailin Kanal 14 televiziyası məlumat yayıb.
İsrail Baş Qərargah rəisi Eyal Zamir Qəzza şəhərini mühasirəyə almaq, fələstinliləri qovmaq və sonra onu tamamilə işğal etmək məqsədi daşıyan "Gideonun Savaş Arabaları 2" əməliyyatına başladığını rəsmən açıqlayıb.
Təxminən 4 həftədir ki, İsrail ordusu Qəzzada fələstinlilərə qarşı geniş hücumlar və bombardmanlar həyata keçirir. Bu hücumlar 1000-dən çox insanın ölümünə və minlərlə insanın yaralanmasına səbəb olub.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ