Onlayn ictimai-siyasi qəzet
Fransanın prezidenti Emmanuel Makron Parisdə keçirilən Zirvədə 26 ölkənin müharibə bitdikdən sonra Ukraynada “rahatlaşdırıcı qüvvə” (reassurance force) göndərəcəklərini, bunun məqsədinin yeni genişləndirilmiş təcavüzün qarşısını almaq olduğunu açıqlayıb.
"Reuters" qeyd edir ki, bu “koalisiyaya” əsasən Avropa dövlətləri, Kanada, Yaponiya və Avstraliya daxildir, lakin əsas problem ABŞ-ın mövqeyidir — Donald Tramp hələ Vaşinqtonun dəqiq nə edəcəyini bildirməyib.
"Associated Press"-in xəbərinə görə, bu güc “Rusiyaya qarşı müharibəyə başlamaq üçün deyil,” — sadəcə "gələcəkdə təcavüzün qarşısını almaq üçün" nəzərdə tutulur; ABŞ-ın formatda iştirak etmək istəyi təsdiq edilsə də, konkretliyi hələlik bilinmir.
Eyni zamanda Putin Parisdəki razılaşmaya cavab olaraq vurğulayıb ki, Ukraynada döyüş dayanmadan yerləşdirilən xarici qüvvələr “legitim hədəf” sayılacaq və buna görə Rusiyanın bundan sonra sülh müqaviləsi olsa belə, belə qüvvələri qəbullanmayacağını bildirdi.
Beləliklə, siyasi şərhçilər bildirir ki, Avropa liderlərinin Parisdə verdikləri sözlər əsasən “sonra” üçün nəzərdə tutulmuş və reallıqla paralel getməyən açıqlamalardır.
Musavat.com bildirir ki, ekspert Natiq Cəfərli məsələyə bu cür mövqe bildirirb:
"Dünya tarixində, ən azı son 3000-4000 ildə “təhlükəsizlik zəmanəti” anlayışının bircə izahı olub – hansısa dövlət (qədim, müasir, klassik, arxaik – fərq etməz), başqa bir dövlətlə bir yerdə düşmənə qarşı vuruşacaq, ölüb-öldürəcək ya yox, vəssalam. Başqa heç bir təhlükəsizlik zəmanəti yoxdur, ola da bilməz.
Dünən Parisdə növbəti dəfə yığışan “siyasi impotentlər” qəhrəman Ukrayna xalqı üçün vuruşmaqdan yenə də imtina etdilər, yəni, Şimali Koreya qədər ola bilmədilər – Ş. Koreya Rusiya üçün vuruşmağa rəsmi əsgər göndərdi, öldü-öldürdü.
Avropa isə bunu bacarmadı, istəmədi, çəkindi, qorxdu – Putin isə bunları görür, iştahı daha da şişir, Ukrayna xalqına, dövlətinə qarşı beynəlxalq cinayətlərini, işğalı davam etdirir.
Avropada 2-3 dövlət çıxıb, "biz Ukrayna dövləti ilə, beynəlxalq hüquqa uyğun, Rusiyanın Şimali Koreya ilə bağladığı müqavilə kimi hərbi ittifaq bağlayırıq, ora 200 min qoşun göndəririk", desəydi, dediyini edə bilsəydi, müharibə çoxdan bitmişdi".
Xalidə Gəray
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ