İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa iğtişaşlar davam edir: 40-a yaxın avtomobil yandırıldı

İyulun 14-dən 15-nə keçən gecə bütün Fransada Bastilyanın alınması milli bayramının qeyd edildiyi vaxtda Lion küçələrində 40-a yaxın avtomobil yandırılıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, şəhər və şəhərətrafı ərazilərə 1200 yanğınsöndürən cəlb edilib.

Avtomobillərin əksəriyyəti Lion aqlomerasiyasının şərqində və cənub-şərqində yandırılıb.

Bundan əlavə, şəhərdə iğtişaşlar daha sərt şəkil alıb. Xuliqanlarla polislər arasında toqquşmalar qeydə alınıb.

Nəticədə dörd polis əməkdaşı yaralanıb.

Həmçinin, yoldan keçən bir nəfər - 60 yaşlı kişi pirotexniki vasitələrdən yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

İğtişaşların yatırılması zamanı altı nəfər saxlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR