İnsanlara hürriyət, millətlərə istiqlal!

"Formula 1"in rəhbəri: "Azərbaycanla əlaqələrimizi genişləndirməkdən şadıq"

"Azərbaycanla əlaqələrimizi genişləndirməkdən şadıq. Birgə inkişafı davam etdirməyi səbirsizliklə gözləyirik".

"Report" xəbər verir ki, bunu "Formula 1"in prezidenti Stefano Domenikali Azərbaycan Qran-prisi ilə müqavilənin uzadılması ilə bağlı danışarkən deyib.

58 yaşlı funksioner Bakı Şəhər Halqasının "Formula 1" üçün çox məşhur məkana çevrildiyini bildirib: "Bakı bir çox həyəcanlı yarışlara ev sahibliyi edib".

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran-prisi ilə müqavilənin müddətini 2026-cı ilədək uzadıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR