Onlayn ictimai-siyasi qəzet
Avropa Birliyi liderləri Ursula von der Leyenin Avropa Komissiyasının sədri kimi ikinci beş illik müddətə namizədliyini dəstəkləməyi planlaşdırır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, Aİ liderləri Ukraynadakı müharibə, Çinlə gərginlik və əsas ölkələrdəki siyasi qeyri-müəyyənlik fonunda dəyişikliklərə can atmır.
Qəzetin informasiyasına əsasən, Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta Avropa İttifaqı Şurasının prezidenti postuna, Estoniyanın baş naziri Kaja Kallas isə Xosep Borreli əvəz etməyə ən çox ehtimal olunan namizəddir.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ