Onlayn ictimai-siyasi qəzet
Slovakiya baş naziri Robert Fitso Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı sərt tənqidlər irəli sürüb.
Musavat.com xəbər verir ki, Fitso Zelenskinin Avropa ölkələrini gəzərək onlardan maliyyə yardımı istədiyini və bu hərəkətinin "dilənçilik və şantaj" olduğunu ifadə edib.
O, Ukraynanın vəziyyətinə görə Avropa dövlətlərindən daha çox dəstək almaq üçün Zelenskinin müxtəlif yollarla təzyiq göstərdiyini vurğulayıb.
"Zelenski Avropada gəzir, yalnız dilənir və pul istəyir. Bu hərəkətlərə artıq son qoyulmalıdır", - Baş nazir deyib.
Siyasətçi həmkarlarını təkcə Ukrayna haqqında deyil, həm də “öz ölkələri haqqında” düşünməyə çağırıb.
@@TVmusavat/105837@@
Musavat.com
12 Yanvar 2025
11 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ