İnsanlara hürriyət, millətlərə istiqlal!

Fitch ABŞ-ın reytinqini aşağı saldı: Ağ Ev hiddətləndii

“Fitch” reytinq agentliyi avqustun 1-də rəsmi saytında dərc olunmuş bəyanata əsasən ABŞ-ın uzunmüddətli reytinqini AAA-dan “AA+” səviyyəsinə endirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “Fitç” agentliyi bildirib ki, reytinqin aşağı salınması “gələcək üç il ərzində fiskal vəziyyətin gözlənilən pisləşməsini, hökumətin yüksək və artan borc yükünü və idarəetmənin pisləşməsini əks etdirir”.

Ən yüksək ödəmə qabiliyyəti səviyyəsi, yəni minimum defolt riski olan AAA ən azı 1994-cü ildən bəri "Fitch" reytinqində ABŞ tərəfindən saxlanılır. Moody's ABŞ-a ən yüksək AAA reytinqini verməkdə davam edir, S&P isə hələ 2011-ci ildə reytinqi AA+ (yüksək ödəmə qabiliyyəti, aşağı defolt ehtimalı) səviyyəsinə endirib.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer çərşənbə axşamı verdiyi açıqlamada deyib:  “Biz bu qərarla qətiyyən razı deyilik. Prezident Co Baydenin dünyanın ən güclü iqtisadiyyatlarından birində ən böyük bərpaya nail olduğu bir vaxtda reytinqin aşağı salınması reallığa ziddir".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR