Onlayn ictimai-siyasi qəzet
Almaniyanın Düsseldorf şəhərində keçirilən yarmarkada fişənglərin partlaması nəticəsində təxminən 20 nəfər xəsarət alıb.
Musavat.com xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Hadisə şəhərin məşhur Rheinufert festivali zamanı baş verib. İlkin məlumatlara əsasən, pirotexniki batareyalardan biri aşıb və yanan elementlər birbaşa insanların üstünə tuşlanıb. Partlayış zamanı bir uşaq da daxil olmaqla, azı 4 nəfərin ağır yaralandığı bildirilir.
Partlayış Reynkni körpüsü yaxınlığında və Reyn çəmənliklərində toplaşan izdiham arasında panikaya səbəb olub. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaqa başlayıb. Polis ilkin olaraq bunu “bədbəxt hadisə” kimi qiymətləndirir.
Hadisənin dəqiq səbəbi araşdırılır.
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ