İnsanlara hürriyət, millətlərə istiqlal!

Fırıldaqçılar nazirin səsi ilə camaata mesaj göndərirlər

Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva rəsmi Facebook səhifəsində mühüm müraciət dərc edib.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, buna səbəb fırıldaqçıların onun səsinin saxtalaşdırmasıdır. Nazir xalqa müraciətində bildirib:

“Son vaxtlar naməlum şəxslərin süni intellektdən istifadə edərək mənim adımdan tanış və yad şəxslərə səsli mesajlar göndərməsi halları daha çox olur. Hər kəsdən xahiş edirəm ki, belə mesajlara məhəl qoymasın və naməlum nömrələri blok etsin. Bunlar fırıldaqçılardır, çox da inanmayın”, - deyə Aida Balayeva yazıb.

Nazir hər kəsi ayıq olmağa və dələduzların hiylələrinə qapılmamağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR