İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiyanın baş nazirinin verdiyi narkotestiin cavabı mənfi çıxıb

Finlandiyanın baş naziri Sanna Marinin verdiyi narkotik vasitələrdən istifadə testi mənfi çıxıb.

AZƏRTAC xəbər verir ki, ötən həftənin cümə günü baş nazir Sanna Marinin videoları internetdə yayıldıqdan sonra o könüllü olaraq narkotik vasitələrdən istifadə testlərini verib.

Avqustun 22-də baş nazirin narkotik testinin nəticələri ictimaiyyətə açıqlanıb. Açıqlanan məlumata əsasən onun qanında narkotik istifadəsinə aid dəlillər tapılmayıb.

Xatırladaq ki, ötən həftənin sonunda sosial şəbəkələrdə Sanna Marinin Finlandiyanın müxtəlif ictimai xadimləri ilə birgə əyləndiyi bir neçə videosu yayılıb. Yayılan videokliplərdə baş nazir və digər şəxslər birlikdə rəqs edib, mahnı oxuyurlar.

Videolar ictimaiyyətə açıqlandıqdan sonra kadrlarda görünən insanların narkotikdən istifadəsi ilə əlaqədar şübhə yaradan jarqon ifadələrdən istifadə edib-etməmələri barədə ictimai müzakirələr başlanılıb.

Sanna Marin özü narkotikdən deyil, yalnız yüngül spirtli içkilərdən istifadə etdiyini etiraf edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR