İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya Ukraynaya 11-ci hərbi yardım paketi göndərəcək

Finlandiya Ukraynaya 11-ci hərbi yardım paketi göndərəcəyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı bu gün Finlandiya Prezidenti Hökumət Şurasının təklifi əsasında qərar qəbul edib.
Hərbi yardımın dəyəri 28,8 milyon avro təşkil edir. Finlandiyanın indiyə qədər Ukraynaya çatdırdığı bütün müdafiə yardımının ümumi dəyəri hazırda 189,2 milyon avro təşkil edir.
"Ukraynanın müdafiə döyüşü davam edir. Müdafiə vasitələrinə ehtiyac böyükdür. Biz dəstəyimizi davam etdirəcəyik", müdafiə naziri Antti Kaikkonen deyib.

Yardımın təhlükəsiz çatdırılmasına zəmanət vermək üçün yardımın məzmunu, çatdırılma üsulu və ya qrafiki açıqlanmayacaq. Qeyd olunub ki, əlavə yardım göndərilərkən həm Ukraynanın ehtiyacları, həm də Müdafiə Qüvvələrinin resurs vəziyyəti nəzərə alınıb.
Bundan əlavə, Finlandiya Prezidenti Silahlı Qüvvələrin 2023-cü ilin sonuna qədər Böyük Britaniyada Ukrayna Silahlı Qüvvələrinə təlim dəstəyinin verilməsində iştirakını davam etdirməyi qərara alıb.
Qeyd edək ki, avqust ayında Finlandiya Böyük Britaniyanın rəhbərliyi altında Ukrayna silahlı qüvvələrinin əsgərlərinin təlim əməliyyatına 20-yə yaxın təlimçi göndərib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR