İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya HHQ bölməsi Rumıniya sərhədlərini patrul etməyə başlayır

Finlandiya Hərbi Hava Qüvvələrinin (HHQ) bölməsi Rumıniya sərhədlərini patrul etməyə başlayır.

“Report” xəbər verir ki, bu barədə “Radio Rumıniya” məlumat yayıb.

Məlumata görə, yeddi “F-18 Hornet” təyyarəsində xidmət edəcək təxminən 80 nəfərdən (pilotlar və texniki heyət) ibarət Finlandiya heyəti Rumıniya Hərbi Hava Qüvvələrinin və NATO komandanlığı altında Britaniya Kral Hərbi Hava Qüvvələrinin hərbi pilotları ilə birlikdə ölkənin hava məkanında təxminən iki ay müddətində patrul çəkəcək.

Rumıniyanın milli müdafiə naziri Ancel Tılver NATO-ya qoşulandan sonra ilk dəfə müttəfiq ölkədə hava polisi vəzifələrini yerinə yetirəcək finlandiyalı hərbçilərin gəlişini salamlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR