İnsanlara hürriyət, millətlərə istiqlal!

Film layihələri müsabiqəsində qalib gələn filmləri tələbələr çəkəcək

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsində tələbə filmləri kateqoriyaları üzrə qalib gələn layihələrin maliyyələşməsinə start verilib.

Nazirlikdən Musavat.com-a bildirilib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Tədris-Film” Kinostudiyası istehsalçısı olduğu “Starın hekayəsi”, “Şirin yuxu”, “Tullantılar dünyası”, “Ailə tablosu”, “Biçilmiş don”, “Çağrılmamış qonaq”, “İnam”, “Balıqçı kafesində görüş”, “Dəyişə bilməyən adam”, “Düşmüş mələk”, “Fundament”, “Mühafiz” filmləri tələbələr tərəfindən ərsəyə gətiriləcək.

Qeyd edək ki, tələbə filmləri kateqoriyalarının kuratoru Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov tələbələrin çəkiliş və hazırlıq prosesinə cəlb olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR