Onlayn ictimai-siyasi qəzet
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 19 nömrəli Yanğından Mühafizə Bölməsinin zabiti, leytenant Mehdiyev Orxan Həşim oğlu İtalyanın Karrara şəhərində WTKA - döyüş növlərinin Dünya çempionatında 1-ci yerə layiq görülüb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Orxan Mehdiyev finalda yerli İtalyan rəqibi məğlub edərək turnirin qızıl medalını qazanıb. İdmançı yaradılan şəraitə görə, Yanğından Mühafizə Xidmətinin rəisi, polkovnik Asif Məmmədliyə,bölmə rəisi Zaur Məmmədova və onun müavini Sadiq Quliyevə təşəkkürünü bildirib.
Qeyd edək ki, O.Mehdiyev 2019-cu ildə Ruminiyada keçirilən Kung-fu Sanda üzrə Dünya çempionatında birinci yerin sahibi olmuşdu.
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ