İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail Ağamalı: "Hərbi xərclər az artırılır"

"Gələn il Azərbaycanda hərbi xərclər bu illə müqayisədə, təxminən, 600 milyon manat artırılacaq, amma bu, kifayət deyil. Hərbi xərclər az artırılır".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Fəzail Ağamalı deyib.

"Regionda ciddi proseslər gedir, yeni çağırışlarla qarşı-qarşıyayıq. Hər şeydən öncə Azərbaycan onu sevməyən qüvvələrlə əhatə olunub. Şimandan, Cənubdan və Qərbdən Azərbaycana təhdidlər var. Ona görə də, hərbi xərcləri 8 milyard manatdan 11 milyard manata qədər artırmalıyıq. Hazırda Ermənistan büdcəsinin 47%-ni hərbi xərclərə ayırır, böyük silahlanmaya gedir. İranda bizə qarşı münasibət bəllidir. Ona görə də xahiş edirəm ki, hərbi büdcənin artırılması təklifim nəzərə alınsın", - o qeyd edib.\\“Report” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR