İnsanlara hürriyət, millətlərə istiqlal!

Ferdi Tayfurun dəfnində QALMAQAL: Söyüş söydülər - FOTO,VİDEO

Türk musiqisinin əfsanəvi simalarından biri olan Ferdi Tayfurun dəfn mərasimində gözlənilməz bir hadisə baş verib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, mərhum sənətkarla münasibətlərinin gərgin olduğu bilinən qızı Tuğçe Tayfur dəfn mərasimində sənətçinin qardaşı qızı olduğu iddia edilən qadının sərt reaksiyası ilə üzləşib.

Belə ki, Tuğçe Tayfur məscidin həyətinə gələrək atasının tabutuna toxunmaq istəyib. Bu zaman Ferdi Tayfurun qohumu ona "O, bura gəlməməliydi... Onun üzündən öldü" deyərək təhqir edib.

İkili arasında baş verən mübahisə anbaan kameralar tərəfindən lentə alınıb.

Qeyd edək ki, Ferdi Tayfur Antalyada müalicə aldığı xəstəxanada 79 yaşında dünyasını dəyişib. Bu xəbər sənətkarın pərəstişkarlarını dərin yasa boğub. Atatürk Mədəniyyət Mərkəzində keçirilən anma mərasimindən sonra sənətkarın cənazəsi Barbaros Hayrettin Paşa Məscidinə gətirilib.

Mərasimə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu, İbrahim Tatlısəs, Orhan Gəncəbəy və digər tanınmış şəxslərlə yanaşı yüzlərlə vətəndaş qatılıb.

@@TVmusavat/105232@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Yanvar 2025

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR