Onlayn ictimai-siyasi qəzet
Qəzzada müharibə davam etdikcə regionda stabillik olmayacaq.
APA xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ Xarici İşlər Şurasının iclasının yekununda mətbuat konfransında deyib.
Ali Nümayəndə bildirib ki, Qəzzada israilli girovların azad edilməsi, dərhal atəşkəs və humanitar yardımın çatdırılmasının asanlaşdırılması istiqamətində ciddi irəliləyiş yoxdur: "Fələstin xalqı üçün fəlakət davam edir".
Aİ-nin baş diplomatı əlavə edib ki, Aİ XİN rəhbərləri növbəti iclasa İsrailin xarici işlər naziri İsrael Katz və Fələstin dövlətinin hökumət başçısı Məhəmməd Mustafanın dəvət olunması barədə razılaşıblar.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ