İnsanlara hürriyət, millətlərə istiqlal!

"Fəhlənin işi müğənnidən yüngüldür, çox zülm çəkirik"

"Bəzi adamlar elə bilirlər ki, biz sənət adamları milyarderik. Elə şey yoxdur. Söhbət müğənnilik sənətindən gedir. Burada milyarder olan yoxdur. Başqa sahədən gəliri varsa, onu deyə bilmərəm. Biz ancaq çalıb-oxumaqla qazanırıq. 2 ay Məhərrəmi, 1 ay orucluq, mayda toy olmur, iyun, iyul, avqustda camaat gedir gəzməyə, yanvarla fevrala deyirlər ki, qar yağar toya gəlməzlər, biz qalırıq evdə. Biz toy olmayanda balıq sudan çıxanda ağzını yumub-açır, bax, elə oluruq".

Bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Gəl danış" proqramında deyib. O, müğənnilik sahəsindəki çətinliklərdən danışaraq gileylənib. C.Məmmədov fəhlələrin gördüyü işin müğənnilikdən asan olduğunu iddia edib:

"Bahalı maşını kreditlə hamı ala bilər. Amma müğənnisənsə, gedirsən banka kredit deyirsən, cavab verirlər ki, sizə verə bilmərik. Əslində biz fəhlədən çox zülm çəkirik. Daş karxanasında işləyən fəhlə vaxt tapıb çay içir. Dülgərin yanına gedirsən, deyirsən ki, bunu tez düzəldib mənə verməlisən. Söyləyir ki, gözlə. Soruşursan niyə? Deyir ki, görürsən ki, çay içirəm, çörək yeyirəm. Amma biz müğənnilər çay içə bilmirik. Biz toy başlayandan bitənə qədər çalıb-oynamalıyıq. Əgər imkan olsa, kimsə gəlib sağlıq desə, onda isti çayı boğazımız yana-yana içə bilərik. Biz xidmət edirik. Fəhlənin işi bizimkindən yüngüldür. Fəhlənin üstü tozlu, çirkli olur, toz-torpaqda və ya yağdəyişdirmə məntəqəsində işləyir. Amma biz səliqəli geyinib gedirik, evə gələndə köynəyi sıxırsan, suyu tökülür. Biz ölənə qədər işləyirik.

Bilmirəm ki, orucluqdan sonra mənim nə qədər toyum olacaq. Ağlamıram, olanı danışıram. Biz fəhlədən çətin yaşayırıq. Nə barədə, işləmək məqamında. Fəhlə bir stəkan çayını əyləşib içə bilir, biz toyda oxuyanda onu da edə bilmirik. Bizim işimiz fəhləninkindən də çətindir".

Axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR