Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsddə ittiham olunan dəstə üzvləri – “Hacı Azər” kimi tanınan Azər Səricanov, Emin Əliyarov, Rəşad Əhmədov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.
Musavat.com-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Elşad Əsgərov 18 il, Rəşad Əhmədov 19 il, Emin Əliyarov 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, 28 mart 2023-cü ildə saat 21:51-də Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ