İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa vətəndaşların qeydiyyat problemini qaldırdı: “Necə ola bilər ki...”

Deputat Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında vətəndaşların qeydiyyatı ilə bağlı yaranan problemin ciddi olduğunu söylədi. O bildirid ki, vaxtilə pensiyalarla bağlı təlatüm yaranan kimi, bu gün də vətəndaşların qeydiyyatı ilə bağlı ajiotaj yaranıb. “Polisdə qeydiyyatda olanları qeydiyyatdan çıxarırlar və onlar havada qalırlar. Onlara deyirlər ki, qohum-əqrəbanın evində daimi qeydiyyatda qala bilərsiniz. Bu, gələcəkdə mülki iddia hüququ yarada bilər”-deyə deputat bildirdi.

Deputat qeyd etdi ki, vətəndaş qohumunun evində qeydiyyata düşürsə, gələcəkdə onun mülki iddia hüququ yaranır. F.Mustafa dedi ki, əgər Bakıda vətəndaş işləyirsə, övladı paytaxtda oxuyursa, kənddə də evi dağılıbda, onlar bu şəkildə havada qalmamalıdır. Deputat dedi ki, bu insanların qeydiyyatı məsələsini əmlaka hüquqi iddiasının yaranmaması şərtilə həllini tapa bilər.

F.Mustafa dedi ki, şəxsən mən millət vəkili olaraq məsələnin təfərrüatlarından məlumatlı deyil: “Necə ola bilər ki, vətəndaşı çölə atasan, deyəsən get, öz həyatını qur, qeydiyyatını rəsmiləşdir? “

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR