İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa Monteneqrodakı qurultaya qatılacaq

Milli Məclisin deputatı Fazil Mustafa 3-cü Avrasiya Hüquq Qurultayında iştirak etmək üçün noyabrın 1-də Monteneqro Respublikasının Budva şəhərinə səfər edəcək.

Musavat.com bu haqda Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.

Tədbir Türkiyə Hüquq Platforması tərəfindən Türkiyə Ədliyyə Nazirliyi, Ankara Universiteti Dəniz Hüququ Milli Araşdırma Mərkəzi, Beynəlxalq Hüquqşünaslar Birliyi və Konstitusiya Hüquqşünasları Dərnəyi ilə birgə həyata keçiriləcək.

3-cü Avrasiya Hüquq Qurultayı “Dəniz hüququndakı aktual inkişaflar” mövzusuna həsr olunub. Toplantıya 40 ölkədən 300 nümayəndə qatılacaq.
Deputatımız tədbirdə müzakirə olunacaq mövzu ilə bağlı öz fikirlərini açıqlayacaq.

Səfər noyabrın 4-də başa çatacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR