İnsanlara hürriyət, millətlərə istiqlal!

Faciəvi şəkildə ölən qadın qazinin xanımı imiş -FOTO

2 gün əvvəl Tovuz rayonunun Əlibəyli kəndində 54 yaşlı qadın dəm qazından boğularaq ölüb. Hadisənin bəzi təfərrüatları üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, qazdan boğularaq ölən 1970-ci il təvəllüdlü Gülşən Əmrahova Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədr müavini Mehman Əmrahovun həyat yoldaşıdır.

Hadisə vaxtı Mehman Əmrahovun oğlu 2000-ci il təvəllüdlü Əmrahov Əmrah və onun həyat yoldaşı 2004-cü il təvəllüdlü Aysun Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Araşdırmalar zamanı məlum olub ki, Əmrahovlar ailəsi Tovuz şəhərində yaşayır və onların Əlibəyli kəndində də evi var. Hadisədən əvvəl Gülşən Əmrahova oğlu və gəlini ilə təmizlik işləri aparmaq üçün kənddəki evlərinə gedib. Onlar qaz sobasını işə salıblar. Sobada yaranmış problem səbəbindən dəm qazı evə dolub. Nəticədə evin sakinləri zəhərləniblər.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR