Onlayn ictimai-siyasi qəzet
Ötən gün Qaziosmanpaşada 15-ci mərtəbədəki evinin eyvanından yıxılaraq ölən aktrisa Yonca Türkman ilə bağlı ilginc detal ortaya çıxıb.
Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, araşdırmalar zamanı ötən ilin avqustunda aktrisanın intihara cəhd etdiyi aşkar olunub.
Belə ki, ötən ilin avqust ayında aktrisa çox miqdarda dərman içərək, özünü öldürməyə çalışıb. Lakin vaxtında müdaxilə aktrisanı ölümdən qurtarıb. Polis bu faktı dərindən araşdırmağa çalışır.
Xalidə Gəray
Musavat.com
24 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ