İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni təxribatçı keşiş Vrtanes: "Yenidən savaşmalı və hücum etməliyik"

“Bizim ləyaqətimiz Qarabağla bağlıdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər özünü Qarabağ yeparxiyasının rəhbəri elan edən, quldur yepiskop Vrtanes Abramyan tərəfindən səslənib.

Qeyd edək ki, bu gün İrəvanın Yerablur hərbi panteonunda “Artsaxın (Ermənilərin Qarabağın işğal altında olduğu illərdə bölgəyə qoyduqları uydurma ad-red.) çağırışı” memorialın açılışı olub.

Paşinyan hökuməti isə bu təxribatçı addıma göz yumub.

“Biz hər şeyi etməliyik ki, “Artsax” nəinki mövcud olsun, həm də öz missiyasını yerinə yetirə bilsin. Ona görə də biz hər şeyi etməliyik ki, “Artsax” bütün qanunvericilik və icra normaları ilə Ermənistanın tam hüquqlu bir hissəsi olsun”, - deyə erməni yepiskop Vrtanes sərsəmləməyə davam edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR