Onlayn ictimai-siyasi qəzet
"Mən musiqiçiyəm. Uzun illər əziyyətli yollarla, qətiyyət və sevgi ilə bu sənətin dəyərini qorumağa çalışmışam. Hər bir səhnə, hər bir musiqi notu mənim üçün yalnız bir ifa deyil, həm də mədəniyyətimizin güzgüsü, sənətə və insana olan sevgimin ifadəsidir".
Bu sözləri Əmək artist Abbas Bağırov sosial şəbəkə hesabında yazıb. Sənətçi musiqinin insanları birləşdirən güc olduğuunu bildirib:
"Bu missiyanı şərəflə daşımaq və gələcək nəsillərə örnək olmaq mənim həyatımın ən böyük qürur mənbəyidir. Musiqi yalnız səslər deyil, ürəklərə toxunan, insanları birləşdirən gücdür. Mən də bu gücü daim yaşatmağa çalışıram". (Axşam.az)
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ