Onlayn ictimai-siyasi qəzet
Türkiyəli aktrisa Ezgi Molanın keçmiş əri, iş adamı Mustafa Aksakallının Alaçatıdakı restoranına silahlı hücum olub.
Bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Bildirilib ki, restoranda mübahisə olub. Aksakallı isə dava edən şəxsləri ayırmaq istəyərkən ayağından güllələnib.
Mənbənin məlumatına görə, xəsarət alanlar var. Hücum edən şəxslər isə saxlanılıb.
Qeyd edək ki, Ezgi Mola Mustafa Aksakallı ilə 2023-cü ildə ailə qurmuşdu. Cütlüyün Can adlı bir övladı var. Lakin onlar ötən ay 4 illik münasibəti sonlandırıblar.
Baş vermiş hadisənin görüntülərini təqdim edirik:
Qafqazinfo.az
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ